Keçmiş məhkumun evindən müxtəlif növ narkotik vasitələr tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkumun evindən müxtəlif növ narkotik vasitələr tapıldı

Kriminal

30 Aprel 2020 11:16 847


Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağdaş şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş, 40 yaşlı İlqar Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman sellofan və kağız bükümlərdə satış məqsədi ilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə metamfetamin və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində İ.Məmmədov barəsində cinayət işi başlanılıb, istintaq aparılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!