Keçmiş nazir Paşinyanın yalanını üzə çıxardı:   “Xəbəri vardı“

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazir Paşinyanın yalanını üzə çıxardı: “Xəbəri vardı“

Rəsmi

18 Aprel 2022 12:17 394


“Ermənistanın baş naziri Nikol Paşinyan ordunun problemlərindən xəbərdar idi”. 

Yenisabah.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu sözləri hazırda həbsdə olan keçmiş müdafiə naziri Davit Tonoyan deyib.

Ermənistanın keçmiş müdafiə naziri bildirib ki, hər şey “Silahların və hərbi texnikanın inkişafı proqramı”nda göstərilib. Dördpendirli pizza

Xatırladaq ki, Paşinyan aprelin 13-də, Milli Assambleyada çıxışı zamanı bildirib ki, orduda dəbilqə və zireh problemi ilə bağlı ilk dəfə müharibədən bir neçə gün sonra xəbər tutub.

“Məsuliyyətlə bildirirəm ki, silahlanma, hərbi texnikaya, o cümlədən dəbilqə-zirehlərə olan tələbat, Ermənistan hökuməti tərəfindən sonuncu dəfə Nikol Paşinyanın dövründə, bir daha təsdiq edilmiş “Silahlanma hərbi texnikanın inkişafı proqramı”nda təfərrüatlı şəkildə təqdim olunub”. - Tonoyanın yaydığı bəyanatda deyilir.

Cavad Salmanli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!