Keçmiş nazirdən oğlu ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazirdən oğlu ilə bağlı açıqlama

Sosial

25 İyun 2019 09:16 1000


Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxmasına və bununla belə övladının radikal dini təriqətin üzvü olmasına münasibət bildirib. 

İsmət Abbasov özü və oğlu barəsində KİV-lərdə gedən məlumatları şərh edib:

“Mən dünən Bakıdan xaricə gəlmişəm. Dünənə kimi, paytaxtda olmuşam. Özüm və övladım barəsində yayılan “məlumatarı” əlbəttə ki, oxuyuram. Bu “məqalələri” gülüşlə qarşılayıram. Təbii ki, barəmdə yazılanlar şər və böhtan xarakter daşıyır. Yazılanlar yalan informasiyadır...”. Marqarita pizza

Sabiq nazir oğlunun radikal dini təriqətə üzv olmasına isə belə aydınlıq gətirib:

“Sonuncu, övladım barəsində yazılanlarla tanış olmamışam. Hazırda burada səhər saat 7-dir.  Yuxulu olmağıma baxmayaraq, yazanlara demək istəyirəm ki, mənim oğlum nümunəvi bir oğlandır. O nə deməkdir? Bu nə böhtandır? Mənim heç bir narahatçılığım yoxdur. Bundan sonra da barəmdə kim nə yazır, qoy yazsın! Özləri bilər! Hamıdan yazırlar, qoy məndən də yazsınlar”. 

Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!