Keçmiş polisin qızı məhkəmə zalında qandallandı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş polisin qızı məhkəmə zalında qandallandı

Kriminal

24 Noyabr 2021 13:23 884


Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən F.Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az “Report”a istinadən məlumat verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il müdətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq, həbs qətimkan tədbiri seçilib və F.Quliyeva məhkəmə iclas zalında həbs edilib. Sezar pizza

Zərərməkmişin mülki iddiası qismən (55 660 manat) təmin olunub.

İttiham aktına əsasən, hadisə 2018-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib. Belə ki, F.Quliyeva qonşusu M.Abbasovun evindən ümumilikdə 79 450 manatlıq oğurluq edib.

Məhkəmədə ifadə verən F.Quliyeva özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, təqsirləndirilən qadının atası Tahir Qənbərov daha əvvəl daxili işlər orqanlarında çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!