Keçmiş “Sepah” generalı Azərbaycana eyham vurdu: “Ona İran torpaqlarını vəd etmişdilər”

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş “Sepah” generalı Azərbaycana eyham vurdu: “Ona İran torpaqlarını vəd etmişdilər”

Dünya

27 Noyabr 2025 09:48 870


"Düşmənlər 12 günlük müharibədən əvvəl bəzi qonşulara torpaq vəd etmişdilər".

"Yeni Sabah" entekhab-a istinadla xəbər verir ki, bunu keçmiş "Sepah" komandiri Möhsen Rezayi deyib.

"Düşmənlər hətta bəzi şimal və cənub qonşularına torpaq vədləri vermiş və İranın işinin bitdiyini güman etmişdilər", - deyə keçmiş İnqilab Keşikçiləri Korpusu generalı Kirman vilayətində "Bəsic" qüvvələrinin toplantısında vurğulayıb. pizza mizza

Rezayi qeyd edib: "Ancaq onların səhvi İran xalqını tanıya bilməmələri və böyük İran ölkəsinin son 300 ildəki vəziyyətə qayıtmayacağını başa düşməmələri idi".

Onun fikrincə, onların düşmənçiliyinin arxasında duran fəlsəfə İranın tərəqqisinə mane olmaqdır: "Çünki onlar zəngin tarixə malik bir ölkənin irəliləyəcəyi təqdirdə Qərbi Asiyanın mühüm və zəngin regionu üzərində hökmranlığına mane olacağından ehtiyat edirlər".

M. Rezayinin çıxışında "şimal qonşusu" ifadəsi Azərbaycanı və "cənub" sözü altında ərəb ölkələrini nəzərdə tutması anlamına gəlir.  

İbrahim Məmmədov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!