Keçmiş SSRİ məkanının 10 ən bahalı oyunçusu kimlərdir? 

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş SSRİ məkanının 10 ən bahalı oyunçusu kimlərdir? 

İdman

31 Dekabr 2023 17:25 1449


Transfermarkt internet portalı özünün Teleqram kanalında postsovet məkanı ölkələrinin ən bahalı oyunçularının reytinqini yayıb. 

QOL.az xəbər verir ki, reytinqdə birinci yeri 80 milyon avro dəyərində qiymətləndirilən "Napoli"nin vingeri, Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya tutub.

İkinci yedə bazar dəyəri 42 milyon avro olan "Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko, üçüncü yerdə  "Çelsi"nin vingeri Mixail Mudrik qərarlaşıb. pizza mizza

Siyahıda Ukrayna millisindən 7, Gürcüstandan 2, Rusiyadan isə 1 futbolçu yer alıb.

Postsovet ölkələrinin ən bahalı 10 oyunçusu:

1. Xviça Kvaratsxeliya (“Napoli” - Gürcüstan, 80 milyon avro)

2. Aleksandr Zinçenko (“Arsenal” - Ukrayna, 42 milyon avro)

3. Mixail Mudrik (“Çelsi” - Ukrayna, 40 milyon avro)

4. Giorgi Mamardaşvili (“Valensiya” - Gürcüstan, 30 milyon avro)

5. Aleksandr Qolovin (“Monako” - Rusiya, 30 milyon avro)

6. Vitali Mikolenko (“Everton” - Ukrayna, 28 milyon avro)

7. Artyom Dovbik (“Jirona” - Ukrayna, 28 milyon avro)

8. İlya Zabarnı (“Bornmut” - Ukrayna, 25 milyon avro)

9. Anatoli Trubin (“Benfika” - Ukrayna, 25 milyon avro)

10. Viktor Sıqankov (“Jirona” - Ukrayna, 25 milyon avro) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!