Kəfən geyinib küçəyə çıxdılar   – Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Kəfən geyinib küçəyə çıxdılar – Səbəb

Sosial

13 Aprel 2020 16:40 1826


İndoneziyanın Yava adasında yerləşən Kepuh şəhərində koronavirus tədbirləri çərçivəsində insanların küçəyə çıxmasının qarşısını almaq üçün "Çəkindirmə tədbiri" həyata keçirilib. 

Yenisabah.az xəbər verir ki, kəfən şəklində ağ örtüyə bürünmüş və üzlərini ağ rəngə boyamış şəxslər küçədə yeriyərək insanların evdən çıxmaması üçün çalışırlar. Bildirək ki, bu tədbiri şəhər rəhbərliyi və könüllülər polislə birgə həyata keçirirlər. 

"Çəkindirmə tədbiri" sosial şəbəkələrdə böyük marağa səbəb olsa da, insanlar tətbiqin gözlənilən effekti vermədiyini deyiblər. Lakin İndoneziya mətbuatında yayılan xəbərlərə görə, bu tədbirdən sonra uşaqların və uşaqlı ailələrin küçəyə çıxmadığı diqqətə çatdırılıb. Qeyd edək ki koronavirus İndoneziyada bugünədək 399 insanın ölümünə səbəb olub. İnfeksiyaya yoluxanların sayı isə 4 min 557 nəfərdir.  pizza mizza

Sayad Həsənli

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!