Kəlbəcər və Ağdamda nə baş verib? - MN açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcər və Ağdamda nə baş verib? - MN açıqlama yaydı

Hadisə

02 İyun 2023 19:57 9644


Azərbaycan Ordusunun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 2-si saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. pizza mizza

Bundan başqa, saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!