Kəlbəcərdə mina partlayışı:   Baş Prokurorluq cinayət işi açdı

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə mina partlayışı: Baş Prokurorluq cinayət işi açdı

Maraqlı

26 İyul 2022 20:36 1182


"İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində  Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub".

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Dominos pizza

Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!