Kəlbəcərdə şirkət əməkdaşları yol qəzasında xəsarət aldılar

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə şirkət əməkdaşları yol qəzasında xəsarət aldılar

Hadisə

15 Avqust 2021 00:14 1467


Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, rayon ərazisində "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 5 nəfərdən 3-ü, Məmmədov Natiq (2002-ci il təvəllüdlü), Əmraslanov Hüseyn (1999-cu il) və Hüseynov Niyaməddin ( 1997-ci il) xəsarət alıblar. pizza hut

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, avtomobil qəzasına düşənlər Kəlbəcər ərazisində infrastruktur işləri görən şirkətlərdən birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırmalara başlanılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!