Kəlbəcərdən pis xəbər: Ölən və xəsarət alan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdən pis xəbər: Ölən və xəsarət alan var - Fotolar

Hadisə

22 Dekabr 2024 14:33 2946


Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

Bundan başqa, sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb. Pepperoni pizza

Yaralı xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!