Kəlbəcərə 130 ton humanitar yük çatdırılıb

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərə 130 ton humanitar yük çatdırılıb

Hadisə

11 Mart 2021 17:45 1092


Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rusiya Humanitar Reaksiya Mərkəzinin altıncı karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Kəlbəcər rayonuna çatdırıb. Dördpendirli pizza

“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!