Kəlbəcərə növbəti humanitar yardım çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərə növbəti humanitar yardım çatdırıldı

Hadisə

15 Mart 2021 12:00 607


Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.

Yenisabah.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib ki, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb. 

“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub .  Marqarita pizza

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi nəticəsində yeddi avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!