Kəlbəcərin əvvəlki və sonrakı halı məşhur fotoqrafın obyektivində -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərin əvvəlki və sonrakı halı məşhur fotoqrafın obyektivində - VİDEO

Rəsmi

15 İyun 2021 17:55 1346


Məşhur fotoqraf Reza Deqati Kəlbəcər rayonundan yeni görüntülər paylaşıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında görüntüləri paylaşan dünyaca məşhur fotoqraf  Kəlbəcərin işğaldan əvvəlki və azad edildikdən sonrakı halını nümayiş etdirib.

“Ermənilər şəhəri işğal etmədən əvvəl əhalinin oradan çıxması üçün cəmi 10 saat vaxt veriblər. Onlar ya qaçdılar, ya da öldülər. Əhalinin çoxu qarlı dağlarda öldü. Ermənilər orada məzarlıqlar daxil olmaqla hər şeyi məhv ediblər” – deyə o qeyd edib. pizza hut

"Minlərlə tarixi abidələr haradadır? Xahiş edirəm ki, bunu UNESCO ilə paylaşın və sual verin”, - deyə fotoqraf əlavə edib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!