Kəlbəcərin Ömər aşırımında 2 hərbçimiz həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərin Ömər aşırımında 2 hərbçimiz həlak oldu

Hadisə

29 Yanvar 2021 17:44 1139


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Kəlbəcərdə xidmət edən iki hərbçisi şəhid olub.

Yenisabah.az bildirir ki, hərbçilərin həlak olmasına səbəb qarlı hava nəticəsində hərbi avtomobilin qəzaya uğraması olub.

Şəhidlərdən biri Qazax rayonun Ağköynək kəndindən olan, müddətdən artıq hərbi qulluqçu Elxan Əkbər oğlu Qaragözovdur. Qazax Rayon İcra Hakimiyyətinin Ağköynək icra nümayəndəliyi Modern.az-a Elxan Qaragözovun şəhid olması xəbərini təsdiq edib. Sezar pizza

Şəhid olan digər hərbçimiz isə Ağstafa rayon sakini Ramiz Mustafayevdir. Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər. Qurumdan bildirilib ki, Ramiz Mustafayev bu gün Ağstafa Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!