Kələmin arasına narkotik doldurubmuşlar -   Sərhəddə tutuldular

saytların hazırlanması

Evə çatdırılma

Kələmin arasına narkotik doldurubmuşlar - Sərhəddə tutuldular

Hadisə

13 Yanvar 2026 12:06 281


Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə “Yeni Sabah”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib. pizza sifarişi

Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə “kələm” formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!