Kəmalə Piriyeva qəzəbləndi: “Sənə nə kim nə geyinir?”

saytların hazırlanması

Evə çatdırılma

Kəmalə Piriyeva qəzəbləndi: “Sənə nə kim nə geyinir?”

Şou

17 Yanvar 2025 13:12 343


"İmkan olsaydı insanların başqaları haqqında fikir bildirmək bacarıqlarını əllərindən alardım".

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Kəmalə Piriyeva "İnstagram" hesabında yazıb. Kəmalə paylaşımına bu sözlərlə davam edib:

"Bəzi adamların ümumiyyətlə bu haqqı olmamalıdır. Hamı haqqında (xarici görünüşü, zövqü, həyat tərzi, dini, əxlaqı) zəhərli fikirləri var. Sənə nə kim nə geyinir? Sənə nə kim necə yaşayır? Sənə nə? Dominos pizza

Sən özünə cavabdehsen. Ətrafındakı insanlara, cəmiyyətə bir zərəri toxunmursa, hər kəsin istədiyi kimi yaşamaq haqqı var. Birini qınamağın yaxşı bir əməl olmadığını əzbərləyənlər, o biri tərəfdən dil boğaza qoymur. Biri haqqında yaxşı danışmaq içinizdən gəlmirsə, heç olmasa susun! Ətrafa saçdığınız pis enerjili sözləri görmək, eşitmək məcburiyyətində qalmaq istəmirik".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!