Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis təyin edilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Vüqar Qüdrət oğlu Ağayev FHN-in Muğan Regional Mərkəzinə rəis təyin olunub.
O, bu vəzifədə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundovu əvəzləyib. Mehman Axundov öz istəyi ilə təqaüdə göndərilib. pizza
Qeyd edək ki, 1985-ci ildə Bakı şəhərində anadan olan Vüqar Ağayev indiyədək Bakı Regional
Mərkəzinin rəis müavini idi. Azərbaycan Beynəlxalq Universitetini bitirən 38 yaşlı polkovnik ailəlidir, iki övladı var.
Onu da qeyd edək ki, FHN-in Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.
Telegram kanalımız