Kəmaləddin Heydərov çempion xanıma vəzifə verdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov çempion xanıma vəzifə verdi - FOTO

Sosial

02 Sentyabr 2025 13:41 1102


Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.

“Yeni sabah” xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, dövlət qulluqçusu FHN-nin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib. Dördpendirli pizza

Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib. Əməkdar idman ustası Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!