Kəmaləddin Heydərov general Aqşin Kazımovu yeni vəzifəyə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov general Aqşin Kazımovu yeni vəzifəyə təyin etdi

Siyasət

14 Dekabr 2024 17:47 2365


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin işdən çıxarılan rəisi, general-mayor Aqşin Kazımova yeni vəzifə verilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Aqşin Kazımov Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilib.  pizza mizza

Qeyd edək ki, 59 yaşlı A.Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!