Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhərinin Nizami rayonunda yanğın baş vermiş əraziyə gəlib.
Nazir bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.
FHN-in digər rəhbər şəxsləri və Çevik Polis Alayının komandiri Səhlab Bağırov da ərazidədir. pizza mizza
Ona.az
Telegram kanalımız