“Kəmaləddin Heydərov ona maddi dəstək olmuşdu” - Maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Kəmaləddin Heydərov ona maddi dəstək olmuşdu” - Maraqlı açıqlama

Şou

07 Yanvar 2024 15:17 7186


“Aygün Hümmətovanın (“Bəylər” deməyin, yazmayın) həyat hekayəsi o qədər ağırdır ki, bəlkə də eşidənlər inanmaz. Elə bir serial, ya film yoxdur bənzətməyə... 

Ondan o qədər insanlar fiziki, mənəvi və maddi istifadə edib”. 

“Yeni Sabah” xəbər verir ki, müğənni Nura Suri Xalq artisti Aygün Bəylər haqda sosial şəbəkə hesabında paylaşım edib.  pizza sifarişi

İfaçı bildirir ki, çox az insan mərhum Əməkdar artistə dəstək olub: 

İndi hamı deyir, sənətkarı itirdik. Çox az adam ona bu həyatda dəstək olub. 

Leyla Quliyevaya çox böyük təşəkkür düşür, ən çətin vaxtlarda ona dəstək oldu. Heydər Əliyev Fondu evinin borcunu bağladı, müalicəsini etdi. Leyla Quliyeva bu məsələlərdə vasitəçi oldu. 

Vaxtı ilə mahnılarını oxuduğu Kəmaləddin Heydərov ona dəstək olmuşdu (maddi). Yəni, çox az adamın adı var ona dəstək olan. 

Ondan istifadə edən insanların isə sayı-hesabı yoxdur. Saymaqla bitməz. İnsanlar onun qanını içib, həyatını bitirdi. Gözünü açandan bu dünyada insanlar ancaq əziyyət gördü. Gedəndə balasından nigaran getdi. 

Bir qadına bu həyat niyə bu qədər dərd verib bilmirəm. Düşündükcə, dəli oluram. 

Canan Aygünün əmanətidir. O dünyada heç olmasa, rahat olsun. Dövlət qurumlarından xahiş edirəm bu məsələyə ciddi yanaşsınlar. Aygünün əmanətini qorusunlar, oxutdursunlar, sahib çıxsınlar. 14 yaşlı uşağı - həm də qız uşağını tək qoymasınlar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gülzar
    İnsanlara sağlığında qiymət vermək lazımdır
    2 years ago