Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif etdi

Siyasət

05 Yanvar 2025 21:51 451


2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər "Əməkdaşlığa görə" döş nişanı ilə təltif ediliblər: Pepperoni pizza

- Seytalin Azamat Serikoviç

- Aminov Timur Vladimiroviç

- Aydarov Kani Manapoviç

- Karayev Sayasat Musayeviç

- Kenjeqaliyev Majit Serikbayeviç

- Kulxanov Azımbek Şındauletoviç

- Kuzembayev Erbol Axmetoviç

- Mendibayev Naurızbek Erlanulı

- Nuqumanov Ardak Koyşibekoviç

- Tleuberqenova Ayman Mınbayevna


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALQIŞA LAYİQ QARDAŞ HƏMRƏYLİYİDİR . TƏBRİKLƏR ŞAD GÜNLƏRDƏ OLSUN.
    1 year ago