Kəmaləddin Heydərov rəisi CƏZALANDIRDI

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov rəisi CƏZALANDIRDI

Sosial

12 May 2025 12:02 3408


Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

“Yeni Sabah” "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə polkovnik-leytenant Aqil Ağayev vəzifəsindən azad olunaraq, paytaxtda yanğın bölmələrinin birinin rəisi təyin olunub. Dominos pizza

Kəmaləddin Heydərovun digər əmri ilə Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi daxili xidmət mayoru Şahmalı Əhmədov Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, vəzifəsi hissə rəisindən bölmə rəisinə endirilən Aqil Ağayev ötən ilin avqust ayında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!