Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.
Yenisabah.az qaynarinfo-ya istinadla xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı Eyvaz İbrahimov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Onun yerinə daxili xidmət mayoru Alim Zahidov təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-in texnikalar üzrə rəisi olub. pizza hut
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Telegram kanalımız