Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, K.Heydərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman olduğu kimi, bu dəfə də hadisəyə çevik reaksiya göstərməsi, zəlzələnin nəticələrinin operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi, dərhal zəlzələ bölgəsinə gedərək çətin vəziyyətə düşmüş insanlara dayaq nümayiş etdirməsi onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərdi. Zəlzələnin ziyan vurduğu evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bu baxımdan böyük humanist addım kimi xüsusi vurğulanıb. Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə zəlzələ zonasında böyük işlərin görüldüyünü də diqqətə çatdırıb.
Nazir K.Heydərov zəlzələnin vurduğu ziyanın həcminin müəyyən edilməsi, o cümlədən yaşayış evləri və sosial obyektlərə komissiyalar tərəfindən baxışın, söküntü-tikinti işlərinin sürətləndirilməsi, tikinti işlərinin ən yüksək standartlara uyğun aparılması barədə tapşırıqlar verib. pizza mizza
Sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev kollegiya iclasının gündəliyində duran ikinci məsələ - martın 26-da Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar məlumat verib.
Kəmaləddin Heydərov “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib. Nazir, həmçinin ölkədə insanların kütləvi toplaşdıqları məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair DYNX-in rəisi İsrayıl Əliyevə və DYMX-in rəisi Füzuli Əsədova müvafiq tapşırıqlar verib.
Telegram kanalımız