Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəisi Aleksey Şahhüseynov vəzifəsindən azad edilib.
“Yeni Sabah” "Qaynarifo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Aleksey Teymuroviç Şahhüseynov vəzifəsindən azad edilib. Onun yerinə Ləman Aydın qızı Məmmədova təyin olunub. pizza hut
Qeyd edək ki, Aleksey Şahhüseynov ötən ilin yanvar ayında sözügedən vəzifəyə təyin olunmuşdu.
Telegram kanalımız