Kəmaləddin Heydərovun ərəblərlə görüntüləri yayıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərovun ərəblərlə görüntüləri yayıldı - Foto

Hadisə

27 Mart 2021 21:55 4998


Azərbaycanda ov edən ərəbləri tanımadığını dedikdən sonra Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yeni görüntüləri yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Konkret.az-ın yaydığı xəbərdə bildirilir ki, Azərbaycanda qanunsuz ov ovlayan ərəblər Kəmaləddin Heydərovun dəvətilə Azərbaycana gəliblər. Onların arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var.

Qonaqların ov üçün gəldiklərini Dubay şahzadəsi və dostlarının instagram səhifəsində bu günlərdə paylaşdıqları şəkillərdən də görmək olar. Şəkillərdən görünür ki, qonaqlar ova, üzərində Azərbaycan bayrağı olan FHN-ə məxsus helikopterlə gedib-gəlirlər. pizza hut

Şahzadələrdən biri, Bin Rogis Ghadir özünün instagram səhifəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə müxtəlif vaxtlarda çəkilmiş şəkillərini də paylaşıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!