Kəmaləddin Heydərovun xanımı 97 minlik tenderin qalibi oldu

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərovun xanımı 97 minlik tenderin qalibi oldu

Maraqlı

06 İyun 2022 16:20 26087


Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ofis yeri üçün elan etdiyi tenderin qalibi məlum olub. 

Qaynarinfo xəbər verir ki, qalib fərdi sahibkar Heydərova Ruhəngiz Muxtar qızıdır. BBMM-lə Ruhəngiz Muxtarova arasında imzalanan satınalma müqaviləsinin maliyyə dəyəri 97 680 AZN-dir. 

Ruhəngiz Heydərova Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır.  Toyuqlu pizza

O, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının üzvüdür.

BBMM-in 2020-ci ildə ofis yeri üçün Ruhəngiz Heydərova ilə müqavilə imzalayıb. Həmin müqavilənin maliyyə dəyəri 48 840 AZN təşkil edib. Ruhəngiz Heydərovanın BBMM-ə icarəyə verdiyi ofis Mikayıl Useynov küçəsi, ev 63 ünvanında yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!