Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı qərar verildi

Siyasət

21 Fevral 2020 19:12 1172


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 9 saylı Binəqədi İkinci Seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb. "Yeni Sabah" xəbər verir ki, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü pozuntuların olduğunu iddia edib. Qeyd olunub ki, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub. MSK 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib. /Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!