Kənan Doğulu ilə Beren Saatın da evi yandı

saytların hazırlanması

Evə çatdırılma

Kənan Doğulu ilə Beren Saatın da evi yandı

Dünya

11 Yanvar 2025 23:42 602


ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində davam edən yanğınlar nəticəsində türkiyəli məşhurların da evlərinin yandığı ortaya çıxıb.

Yenisabah.az xəbər verir ki, söhbət müğənni Kənan Doğulu ilə xanımı, aktrisa Beren Saatın illər əvvəl şəhərdə aldıqları mülkdən gedir. Yanğınlardan sonra cütlüyün vəziyyəti öyrənmək üçün Amerikaya gedəcəyi bildirilib.

Qeyd edək ki, "Survivor" yarışmasının qalibi Turabinin də Kaliforniyadakı evi külə dönüb. pizza hut

Belə ki, yanğınlar səbəbindən ABŞ-nin hazırki Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. Hollivud ulduzu Entoni Hopkins, müğənni, model Peris Hilton, aktyorlar Ceyms Hovard Vuds, Spenser Uilyam Prattın da evləri də kül olub./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!