Kənan Doğulu məhkəmədə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Kənan Doğulu məhkəmədə qalib gəldi

Şou

16 Mart 2024 01:04 892


Türkiyəli müğənni Kənan Doğulu “Gənclik marşı" albomunu rəqəmsal mediada icazəsiz istifadə etdiyi iddiası ilə "Bay Music" şirkətinə qarşı açdığı məhkəməni qazanıb.

Yenisabah.az Axşam.az-a istinadən xəbər verir ki, İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Məhkəməsində açılan iddiaya görə, sənətçinin albomu 1999-cu ildə işıq üzü görüb.

Doğulunun bu albomdakı mahnısı üzərində haqqı olub. Musiqi şirkəti "Bay Music" sözügedən əsərdən YouTube, Spotify və Apple Music kimi rəqəmsal musiqi kanallarında icazəsiz istifadə edib. pizza sifarişi

Müraciətdə "Müttəhim şirkətin söz mövzusu albomda heç bir hüququ və səlahiyyəti yoxdur. Cavabdeh sözügedən albomu icazəsiz və qanunsuz olaraq rəqəmsal musiqi platformalarında yayımlayaraq müştəriyə təsvirolunmaz ziyan vurub. Müttəhimin bu ədalətsiz hərəkətinə son qoyulmasını, haqsızlığın qarşısının alınmasını istəyirik" sözləri yer alıb.

Məhkəmə cavabdeh şirkət tərəfindən nəşr olunan əsərlərin rəqəmsal mediada istifadəsinin dayandırılmasına qərar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!