Kənan xarabalıqdan xanımını təbrik etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Kənan xarabalıqdan xanımını təbrik etdi - Video

Şou

12 Oktyabr 2024 10:37 811


Müğənni Aygün Mahmudovanın ad günü olub. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, doğum gününü “Elgizlə izlə” verilişində qeyd edib.

TV-yə zəng edən Aygünün rejissor əri Kənan Mahmudov xanımını bu sözlərlə təbrik edib: pizza hut

“Təəssüf ki, efiri izləyə bilmirəm. Hazırda Şüvəlanda xarabalığın ortasında serial çəkirəm. Tozun-torpağın içindəyəm. Heç məni belə görməyinizi arzu da etmirəm. Biz sənət sevdasıyıq. Sənətdə bir-birimizi sevmişik. Aygünü təbrik edirəm və uzun illər mənə dözdüyü üçün təşəkkür edirəm”.

Kənanın bu fikirlərinə Aygün cavabı belə olub: “O qədər gözəl cavab verdi ki… Xoşuma gəldi”.

Aygün instaqram səhifəsində Kənanın hədiyyəsini nümayiş etdirib. Rejissor müğənni xanımına “İphone 16 pro max” telefonunu hədiyyə edib.

Aygün və Kənan cütlüyü 25 avqust 2008-ci ildə ailə qurublar. Onların Hüseyn, Fatimə, Zeynəb adlı övladları var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!