Kənan Yıldız bu rekordu yeniləyə bilər

saytların hazırlanması

Evə çatdırılma

Kənan Yıldız bu rekordu yeniləyə bilər

İdman

13 Dekabr 2024 15:45 582


“Yuventus”da çıxış edən gənc futbolçu Kənan Yıldız Türkiyə tarixinin ən bahalı futbolçusu rekordunu yeniləyə bilər. 19 yaşlı ulduza 80 milyon avroluq təklif var.

Yenisabah.az xəbər verir ki, İngiltərənin “Aston Villa” klubu hücumçuya elçi düşüb. Bu transfer reallaşacağı təqdirdə, Kənan Yıldız Arda Turanın 34 milyonluq bonservis rekordunu geridə qoyacaq.

Daha öncə Arda Turan “Atletiko Madrid”dən “Barselona”ya məhz 34 milyon avro müqabilində transfer edilmişdi. Bu son 10 ildə Türkiyə futbol tarixinin ən bahalı yerli transfer rekordudur. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!