Kənd sakinindən odlu silah götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Kənd sakinindən odlu silah götürüldü

Kriminal

12 Mart 2021 11:00 747


Balakən sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Şambul kənd sakini Rafael Saramanovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar edilərək götürülüb.

R.Saramanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!