Kənd sakinləri ilə mübahisəsi olan bələdiyyə sədri: “Hamısı montajdır”

saytların hazırlanması

Evə çatdırılma

Kənd sakinləri ilə mübahisəsi olan bələdiyyə sədri: “Hamısı montajdır”

Sosial

17 Noyabr 2025 16:34 321


Masallı rayonu, Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevlə bağlı Xanalion kənd sakinlərinin şikayətinə adıçəkilən şəxs münasibət bildirib.

"Yeni Sabah" sitat.info-ya istinadla xəbər verir ki, Rauf Cəbiyev sakinlərlə qalmaqal yaşadığını təsdiqləyib:

"Bu il mayın 1-dən Kolatan kənd bələdiyyəsinin sədri seçilmişəm. Ümumilikdə 7 kəndə rəhbərlik edirəm, onlardan biri də Xanalıyan kəndidir. Həmin kənd bələdiyyəyə nə torpaq, nə də əmlak vergisi ödəyir. Kənddə 185 ailə ailə var, əksəriyyəti ümumiyyətlə vergidən yayınıb. Sezar pizza

Xanalıyan kəndi üçün kifayət qədər işlər görmüşəm. Atam da sovet dövründə həmin kəndlərdə kolxoz sədri işləyib. Bu kəndin ağsaqqalları atama görə mənə hörmət edirlər. O mübahisədə iştirak edənlər gənclərdir. Sizin paylaşdığınız videolar da montaj olunub. Səs və sözlər mənimdir, bunu inkar etmirəm. Amma o sözləri nəyin qarşılığında demişəm, həmin hissələr verilməyib".

Kəndin adının dəyişdirilməsinə gəlincə, R.Cəbiyev qeyd edib ki, bu bələdiyyə sədrinin səlahiyyətində olan  məsələ deyil və onun belə bir təşəbbüsü olmayıb: "Mən özüm media nümayəsiyəm. "Masallı xəbərləri"nin baş redaktoruyam. Kəndin adını mən dəyişməmişəm. Ümumiyyətlə, kənd adı dəyişmək bələdiyyə sədrinin edə biləcəyi qədər sadə məsələ deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!