Kənd sakinləri qadını döyərək zorladılar - Sabirabadda DƏHŞƏT

saytların hazırlanması

Evə çatdırılma

Kənd sakinləri qadını döyərək zorladılar - Sabirabadda DƏHŞƏT

Kriminal

13 İyul 2021 12:52 1559


Sabirabad rayonunda qadının iki həmkəndlisi tərəfindən döyülərək zorlanması faktı ilə bağlı cinayət işi başlanılıb.

KONKRET.az-ın məlumatına görə, rayon sakini Nəzrin Ağayeva (şərti) polisə müraciət edərək bildirib ki, iyunun 12-də evdə olarkən iki kənd sakini qapını sındıraraq evə zorla girib:

“Kənd sakinləri F. Əmrahov və Ə. Əmrahov evə girib məni döyməyə başladılar. Yalvarışlarıma məhəl qoymayaraq paltarımı cırıb məni zorladılar. F. Əmrahov mənimlə zorla cinsi əlaqədə olduğu vaxt da döyərək fiziki işgəncə verirdi. Daha sonra Ə. Əmrahovu çağırıb dedi ki, “sən də bunu zorla”. O da məni döyərək zorla cinsi əlaqədə oldu. Sonra çıxıb getdilər”. pizza mizza

N. Ağayeva qeyd edib ki, üç gün sonra özünə gələrək polisə müraciət edib: “Məni ekspertizaya göndərdilər, ekspert döyüldüyümü və zorlandığımı təsdiqlədi”.

Məsələ ilə bağlı Sabirabad Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 149.1-ci (zorlama) maddəsiylə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, 12 yaşlı oğlu ilə birgə yaşayan qadın mağazaların birində xadimə işləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!