“Kənd təsərrüfatı məhsulları daha da bahalaşacaq, ən pisi o zaman olacaq ki...” 

saytların hazırlanması

Evə çatdırılma

“Kənd təsərrüfatı məhsulları daha da bahalaşacaq, ən pisi o zaman olacaq ki...” 

İqtisadiyyat

20 Fevral 2023 17:19 3313


“Kənd təsərrüfatı məhsullarındakı qiymət artımı təbii artımdır. Ümumiyyətlə, hazırda ölkədə inflyasiya var və bu hökumətin dediyindən daha ciddi rəqəmdir. Kənd təsərrüfatı strategiyasının, dövlətin apardığı siyasətin yanlış olması təbii ki, malların qiymətinin qalxmasına da təsir göstərir…”

Bu sözləri Yenisabah.az-a kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov deyib. 

Son zamanlar kənd təsərrüfatı məhsullarının qiymətinin artması barədə danışan ekspert bildirib ki, bu gün bir çox məhsul maya dəyərindən aşağı satılır: Pepperoni pizza

“Bu gün kənd təsərrüfatı məhsullarının əksəriyyəti maya dəyərindən aşağı satılır. Bir kiloqram ətin maya dəyərini doğru hesablamalıyıq. Məsələn, kəndli 1 kiloqram əti satsa, bunun üçün 20 kiloqram qaba yem almalıdır. Bu gün qaba yemin kilosunun 70 qəpiyə olduğunu nəzərə alsaq, deməli, 1 kiloqram ətin maya dəyəri 14 manat edir, amma 12-13 manata satılır. Beləcə, kənd təsərrüfatı məhsullarının əksəriyyəti maya dəyərindən aşağı satılır. Hökumət dəyər zəncirini doğru qura, əmək məhsuldarlığını düzgün qiymətləndirə bilmirlər, ona görə də nəticələr belə alınır. 

Bizim Kənd Təsərrüfatı Nazirliyin ən sevdiyi cümlə  “Kənd təsərrüfatı məhsullarının ucuz satışını, yarmarkalarını təşkil edirik”dir. Bu özü yanlış bir şeydir. Kənd Təsərrüfatı Nazirliyi kimdir ki, fermerin məhsulunu ucuz satsın? Bir dəfə eşitmisinizmi ki, nazirlik fermerin məhsulunun maya dəyərini hesablasın? Belə bir hesabata heç yerdə rast gələ bilməzsiniz. Ancaq camaatın başını qatmaq üçün icra nümayəndələri, bələdiyyələr bir qazel mal yığıb Bakıya gətirirlər, guya məhsulların ucuz satışını təşkil edirlər”. 

Ekspert qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi dəyər zəncirini düzgün qurmalıdır:

“Kənd Təsərrüfatı Nazirliyinin əmək məhsuldarlığının yüksəlməsi, məhsul dəyərinin yerinə oturması üçün görə biləcəyi kompleks işlər var. Onlar dəyər zəncirini düzgün qurmalıdır ki, kəndli yazda əkinçi, qışda dilənçi olmasın. Kəndli əkdiyindən pul qazanmalıdır, hədəf o deyil ki, şəhərdəki fermerin kartofunu ucuz alsın. Dəyər zənciri doğru qurulmayıb. Siz bu gün bazarda bir fermer görürsünüzsə, bilin ki, o ziyan edir. Sistem elə qurulmalıdır ki, biri əkməlidir, biri markentinqini aparmalıdır, biri satışını həyata keçiriməlidir. Amma hazırda zəncir elə qurulub kəndli mayasından ucuz satır, şəhərdəkilər də lazım olandan baha alır. Kənd Təsərrüfatı Nazirliyi bu işi doğru tənzimləməlidir”.

Ş.Nəcəfovun sözlərinə görə, bu cür davam edərsə, məhsullar daha da bahalaşacaq: 

“30 ildir Kənd Təsərrüfatı Nazirliyi dəyər zəncirini qura bilməyib, kooperativləşməni yarada bilməyib. Bu 30 ildə çox iş görülməli idi, amma heç birini etməyiblər. Ona görə məhsullar bundan sonra daha da bahalaşacaq. Ən pisi o zaman olacaq ki, kəndli ümumiyyətlə, torpaq əkməsin və biz kənd təsərrüfatı məhsullarını tamamilə kənardan alaq. Əgər kəndli əkdiyindən pul qazanmırsa, niyə əkməlidir? Ona görə əhalinin 4 milyondan çoxu Bakı, Sumqayıt, Abşerona toplaşıb. Rayonları, əyalətləri gücləndirmək lazımdır ki, əhali əksin. Atatürk deyirdi ki, millətin əfəndisi kəndlidir. Kəndli güclü olmasa, şəhər heç vaxt güclü olmayacaq”. 

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!