Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi cərimələndi

İqtisadiyyat

26 Mart 2021 18:55 1644


Dövlət Gömrük Komitəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini cərimələyib.

Yenisabah.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən, Aqrar Xidmətlər Agentliyini 1 500 manat cərimə edib.

Qurum İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib. pizza mizza

Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi qərardan apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə şikayətin təmin edilməməsi barədə qərar çıxarılıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!