Prezident İlham Əliyevin oktyabrın 16-da təməlini qoyduğu Füzuli rayonunun Cuvarlı kəndinə 1 697 nəfərin köçürülməsi planlaşdırılır.
Kəndin layihələndirilən ümumi ərazisi 115 hektardır. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək.
Kənddə 2-4 mərtəbəli binaların tikilməsi isə vətəndaşlarda sual yaradıb. Onlar kənd təsərrüfatı ilə məşğul olmaq istəyən kəndlilərin bina evlərində yaşamasının əlverişsiz olduğunu bildiriblər. Sezar pizza
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, kənd təsərrüfatı ilə məşğul olmaq istəyən vətəndaşlar üçün kənddə hər cür şəraitin yaradılması planlaşdırılır:
“Cuvarlı kəndi daxil olmaqla, digər kəndlərdə də həm yaşayış binaları, həm də fərdi evlər olacaq. Təməli qoyulan digər kəndlərdə də fərdi evlərin olması nəzərdə tutulub.
Təbii ki kənd təsərrüfatı ilə də məşğul olmaq üçün imkanlar olacaq. Bu imkanların əhaliyə verilməsi nəzərdə tutulub. Çünki bütün hallarda kəndlərdə aqrar sektorla məşğul olmaq üçün xüsusi ərazilərin ayrılması və kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımız üçün imkanların yaradılması gözlənilir.
Bu baxımdan, kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə imkanlar yaradılacaq, onlara məşğul olduqları təsərrüfatın növünə uyğun şərait yaradılacaq”.
Millət vəkili təməli qoyulan kəndlərdə müxtəlif sektorlar üzrə məşğulluğun təmin olunacağını açıqlayıb:
“Eyni zamanda, yalnız kənd təsərrüfatı deyil, xidmət və sənaye sektorunda da iş yerlərinin təmin edilməsi nəzərdə tutulub. Praktik olaraq kəndlərdə bir neçə istiqamət üzrə - həm sənayedə, həm aqrar sahədə, həm də emaledici sənayedə müəssisələrin yaradılması nəzərdə tutulub. Məşğulluq yalnız aqrar deyil, digər sektorlarda da təmin olunacaq”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız