Kənddə söyüş söyən rəis həbs edilib

saytların hazırlanması

Evə çatdırılma

Kənddə söyüş söyən rəis həbs edilib

Hadisə

21 Yanvar 2025 11:10 1056


Yardımlı rayonu, Vərgədüz kəndinin poçt şöbəsinin rəisi içkili vəziyyətdə polislə mübahisə etdiyinə görə saxlanılıb.

Musavat.com xəbər verir ki, poçt rəisi mübahisə zamanı polis əməkdaşlarını təhqir etməkdə ittiham edilib.

59 yaşlı poçt rəisi Firudin Tağıyev 10 sutka inzibati həbs cəzası alıb. Onun cəzası yanvarın 25-də bitir. Dördpendirli pizza

Məlumata görə, hadisə günü F.Tağıyev içkili olub. O, kəndin mərkəzində ictimai qaydanı pozaraq söyüş söyüb. Həmçinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr söyləyib. Buna görə də saxlanılıb.

Firudin Tağıyev içkili olduğunu desə də, polisləri söymədiyini bildirir. Dediyinə görə, yolda gedərkən polis əməkdaşları ona göstəriş verməyə başlayıb və buna görə mübahisə ediblər. Sonra da onu saxlayaraq polis şöbəsinə aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!