“Kəpəz” gürcüstanlı futbolçu transfer edir 

saytların hazırlanması

Evə çatdırılma

“Kəpəz” gürcüstanlı futbolçu transfer edir 

İdman

01 Sentyabr 2023 14:46 462


"Telavi"nin (Gürcüstan) futbollçusu Giorgi Papunaşvili karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. 

Yenisabah.az xəbər verir ki, bu barədə goal.ge məlumat yayıb. Bildirilir ki, 27 yaşlı gürcüstanlı hücumçu "Kəpəz"ə keçəcək. Onun  artıq Gürcüstandan Azərbaycana gəldiyi qeyd olunub. 

Papunaşvili mövsümün ilk yarısını “Samtredia”da keçirib. O, daha sonra ancaq kubok matçında meydana çıxdığı “Telav”a transfer olunub.  pizza sifarişi

Qeyd edək ki, "Kəpəz" bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə, "Qəbələ"), Əli Səmədov,  Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə, "Səbail"), Vladislav Vasilyuçek, Olavale Onanuqa, Latir Fal, Vüsal Məsimov, Şakir Seyidovu (icarə, "Sabah") transfer edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!