“Kəpəz” “Qəbələ”yə səfərdə 3 qol vurdu

“Kəpəz” “Qəbələ”yə səfərdə 3 qol vurdu

İdman Veb saytların hazırlanması

09 Dekabr 2023 18:17 908


Misli Premyer Liqasında 16-cı tur davam edir.

Yenisabah.az xəbər verir ki, 2-ci oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Qəbələ" "Kəpəz"i qəbul edib. Oyun "Kəpəz"in böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Bununla da Gəncə təmslçisi 9-cu pilləyə yüksəlib, "Qəbələ" sonuncu pilləyə enib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

9 dekabr

15:00."Qəbələ" - "Kəpəz" - 0:3

Qol: Georgi Papunaşvili, 6, Adama Nyane, 70, Georgi Papunaşvili, 72

Qırmızı vərəqə: Emil Səfərov, 50 ("Qəbələ")

Qəbələ şəhər stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!