“Kəpəz“də seneqallı futbolçu - Rəsmi 

saytların hazırlanması

Evə çatdırılma

“Kəpəz“də seneqallı futbolçu - Rəsmi 

İdman

22 Avqust 2023 13:02 653


Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini həll edib. 

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, seneqallı Latir Fal bundan sonra Gəncə təmsilçisinin şərəfini qoruyacaq. Onunla iki illik (1+1) müqavilə imzalanıb. 

Yarımmüdafiəçi mövqeyində çıxış edən Falın son klubu "Eştrela" (Portuqaliya) olub.  Marqarita pizza

Qeyd edək ki,  "Kəpəz" bundan əvvəl Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə, "Qəbələ"), Əli Səmədov,  Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə, "Səbail"), Vladislav Vasilyuçek, Olavale Onanuqanı transfer edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!