Premyer Liqa təmsilçisi “Kəpəz”in I Liqa klubu “İmişli” ilə sabaha planlaşdırılan yoxlama oyunu ləğv edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Gəncə klubunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq. Pepperoni pizza
Qeyd edək ki, daha əvvəl “Şamaxı” və “Araz Saatlı” klubları arasında bu günə planlaşdırılmış sınaq görüşü də əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilmişdi.
Telegram kanalımız