Kəramət Böyükçöl atasına vəzifə verilməsindən danışdı:   “Adam yanıb tökülür”

saytların hazırlanması

Evə çatdırılma

Kəramət Böyükçöl atasına vəzifə verilməsindən danışdı: “Adam yanıb tökülür”

Sosial

06 Noyabr 2025 23:53 37575


"Mənim atamın 65 yaşı var. Düz 40 ildir ki, bədii yaradıcılıqla məşğuldur. Şeirləri dünyanın 30-dan artıq dilinə tərcümə olunub. Sovet vaxtından indiyə kimi 50 kitabı çap olunub. 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq şeir fesivalında Azərbaycanı təmsil eləyib. 20 ildir Yazıçılar Birliyində 350 manat maaşa işləyir. Amma 40 illik yaradıcılığı, şeirləri, nəsr əsərləri olan bir şair təəssüflər olsun ki, cəmiyyətdə ancaq oğlunun adı ilə gündəmə gəlir. Bilmirəm atam bununla qürur duymalıdır, yoxsa əzab çəkməlidir". 

"Yeni Sabah" xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl bildirib.

"İndi atamın Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilməsi haqda Prezident sərəncam imzalayıb. Yenə saytlar, sosial şəbəkələr başlayıb ki, Kəramətin atası, Kəramətin atası, Kəramətin atası... Hərə bir söz deyir. Kimi tənqid eləmişəmsə, hamısı deyir ki, Kəramət məni vurduğuna görə prezident atasına vəzifə verdi. Ölkədə nə qədər siyasi partiya varsa, hamısı deyir ki, Kəramət məni tənqid etdi, ona görə atasına vəzifə verdilər. Biri deyir, yox, məni tənqid elədiyinə görə verdilər. O birisi deyir, yox, sən kimsən ki... Məni tənqid elədiyinə görə verdilər. Heç bilmirlər ki, Audiovizual nə deməkdir. Efirdə Audiovizual sözünü tələffüz eləyə bilmirlər deyə Kəramətin atasına vəzifə verildi deyirlər. Bunlar da özlərini belə şeylərlə əhəmiyyətli hesab edirlər.  Dominos pizza

Aşıq Namiq də deyir ki, Kəramət məni vurduğuna görə atasına vəzifə verdilər.

Adam yanıb-tökülür. 

Əziz atam! 

Kim bilməsə də, mən bilirəm ki, bu dəyər sənin istedadına, qələminə və şəxsiyyətinə verilmiş dəyərdir. Səni təbrik edirəm, öpürəm, bağrıma basıram" - K. Böyükçöl vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Emil
    Senin bu yazilarunnan Kerametin sennen agilli ve savadli olmagi gorunur..bu adami hec olmasa taniyirlar..coxlarida misbet fikirdedir..seni ise ancaq telefonunda kontaktdakilar taniya biler..
    6 months ago
  • Vazeh
    Bu adam özünü dahi və böyük şəxsiyyət hesab edir. Görünür, sağlığında özünə belə dəyər verən şizofreniklərdəndi. Tarixdə belələri çox olub. Kəramət, tələsimə, qoy hələ zaman keçsin, onda bilinəcək. Bir xatırlatma: iş başında olanı tənqid edərlər, iş başında olmayanı deyil. Əgər iş başında olmayanın məsuliyyəti yoxdursa, nəyini tənqid edəcəksən???!!! "Dahi" olsan da, bu adi həqiqəti bilmirsən.
    6 months ago