Kəramət Böyükçöl deputatlığa namizədliyini verdi

saytların hazırlanması

Evə çatdırılma

Kəramət Böyükçöl deputatlığa namizədliyini verdi

Sosial

15 Dekabr 2019 15:56 1742


Tanınmış yazıçı Kəramət Böyükçöl də deputat olmaq fikrinə düşüb.

"Yeni Sabah" xəbər verir ki, o, 80 saylı İmişli - Beyləqan seçki dairəsindən namizəd olacaq. 

Kəramət Böyükçöl hər kəsdən dəstək istədiyini bildirib: "Sabahdan işlərə başlayıram. Demirəm, yüz faiz deputat olacağam. O qədər sadəlövh deyiləm. Sadəcə, həm bəxtimi, həm də ölkəmi sınayım, görüm fikirlərimdə yanılmamışam ki? Bütün hallarda mənim gözümdə Azərbaycan xalqı yalnız soğan əkməyə, Azərbaycan müəllimi fəhlə işləməyə layiq deyil. Sevgilər! Dördpendirli pizza

İnanıram ki, dəstəkləyənlər çox olacaq. Amma görək hakimiyyət doğrudan gənclərə imkan verəcək? Dostlarımdan da xahiş edirəm, dəstəyini əsirgəməsinlər, fikir və təkliflərini rəydə yazsınlar. Getdim. Uğurlar! Kömək etməsəniz də, xeyir-dua verin, bəsimdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!