“Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlulun "Benfika"ya keçidi rəsmiləşib.
Yenisabah.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. "Benfika" bu transfer üçün "Qalatasaray"a 12 milyon avro ödəyəcək. Dördpendirli pizza
Qeyd edək ki, Kərəm Aktürkoğlu 2020-ci ildən “Qalatasaray”da çıxış edirdi. Bu mövsüm o, 6 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Telegram kanalımız