Kərəm Aktürkoğluna fantastik təklif

saytların hazırlanması

Evə çatdırılma

Kərəm Aktürkoğluna fantastik təklif

İdman

04 Oktyabr 2024 14:20 708


“Benfika”dakı performası ilə göz oxşayan Kərəm Aktürkoğluna elçi düşən klubların sayı gündən-günə artır.

Yenisabah.az xəbər verir ki, son olaraq İngiltərə nəhəngi 27 yaşlı yarımmüdafiəçini transfer etmək istədiyini açıqlayıb.

“Mançester Yunayted” oyunçunun transferi ilə bağlı “Benfika”ya 40 milyon avro təklif edib. Portuqaliya klubu bu barədə hələlik rəsmi açıqlama verməyib. pizza hut

Xatırladaq ki, Kərəm Aktürkoğlu mövsümün əvvəlində “Qalatasaray”dan “Benfika”ya 12 milyon avro müqabilində tranfer edilmişdi. Yarımmüdafiəçi klubu ilə çıxdığı 5 oyunda 4 qol və 2 assistlə yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!