Pakistanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Baş Qərargah rəisi general-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçib.
Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Dördpendirli pizza
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər.
Telegram kanalımız